Nida Xəbər
Azərbaycanda böhtana görə yeni cəza tətbiq ediləcək
Azərbaycanda böhtana görə yeni cəza tətbiq edilməsi təklif olunur.
Bununla bağlı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinə əlavələrin edilməsi təklif edilir.
Təklifə əsasən, böhtana görə, 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək. Hazırda əmələ görə, 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası var.
Azadlığın məhdudlaşdırılması cəzası cəza məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:
- yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
- elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;
- məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
- cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. (apa)
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...