Nida Xəbər
Cəbhədə silahlar susmur

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
Magazin117 Aprel 19:12
Anasını itirdikdən sonra ilk dəfə efirə çıxdı - VİDEO
-
Elm və təhsil17 Aprel 19:00
Balakəndə ilk: buraxılış imtahanında 300 bal toplayan kimdir? - FOTO