Prezidentin köməkçisi “Qarabağ”a qarşı haqsızlıqdan danışdı: “İdmanda da...”
Bizi izləyin

Nida Xəbər

Prezidentin köməkçisi “Qarabağ”a qarşı haqsızlıqdan danışdı: “İdmanda da...”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dünən keçirilən “Qarabağ”-“Atletiko Madrid” oyununda hakimin yol verdiyi səhvləri tənqid edib.

Publika.az
xəbər verir ki, N.Məmmədov feysbuk səhifəsində yazıb: “Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur”.

Qeyd edək ki, dünən baş tutan “Qarabağ”-“Atletiko Madrid” oyunu heç-heçə ilə nəticələnib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm