Nida Xəbər
Zakir Həsənovdan QƏTİ DÖYÜŞ TAPŞIRIĞI: dərhal... - FOTO
Bu gün Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Publika.az nazirliyi istinadən xəbər verir ki,
müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun
qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət
rəisləri, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən
müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən hərbi
hissələrin komandirləri və digər məsul zabitlər də cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham
Əliyevin Silahlı Qüvvələrin qarşısında qoyduğu tapşırıqları şəxsi
heyətə çatdıran nazir cəbhə xəttində yaranmış son vəziyyətin
təhlilini apararaq qarşıda duran vəzifələri xüsusi qeyd edib.
General-polkovnik Z.Həsənov hərbi hissələrin, xüsusilə ön xətdə
yerləşən bölmələrin döyüş hazırlığı, xidməti döyüş fəaliyyəti,
bölmələrin manevr imkanları, qoşunların döyüş qabiliyyətinin
artırılması, eləcə də düşmənin təxribatlarının qarşısının dərhal və
qətiyyətlə alınması ilə əlaqədar müvafiq tapşırıqları bütün
kateqoriyalardan olan komandir və rəis heyətinin diqqətinə bir daha
çatdırıb.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı