Nida Xəbər
Şəhid olan əsgər Saatlıda dəfn olunacaq (YENİLƏNDİ)

Azərbaycan Ordusunun oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu Saatlı rayonunda torpağa tapşırılacaq.
Saatlı Rayon İcra Hakimiyyətindən “Report”un Aran bürosuna verilən məlumaata görə, dəfn mərasimi oktyabrın 23-nə nəzərdə tutulub.
Qeyd olunur ki, şəhidin cənazəsi sabah Saatlı rayonuna gətiriləcək.
Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Bu gün 18 yaşında şəhidlik zirvəsinə ucalıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
***
Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.
Publika.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, son günlər Ermənistan hakimiyyətinin müxtəlif təbəqələrdən olan nümayəndələri, o cümlədən bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə yalan və iftira dolu fikirlər səsləndiriblər: “Həlak olan erməni hərbçisinin düşmən ordusunda tüğyan edən cinayətkarlıq nəticəsində öz xidmət yoldaşının açdığı atəşdən öldüyünü təsdiq edən məlumatların yayılması bu iddiaların əsassız olduğunu bir daha sübut edir. Bu cür üzdəniraq və məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət və erməni xalqında qoşunların qarşıdurma xəttindəki vəziyyət barədə yanlış fikir formalaşdırmağa, törətdikləri təxribatlara haqq qazandırmağa və cavabdehlikdən yaxa qurtarmağa cəhd göstərir”.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş vermiş düşmən təxribatına görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

-
Dünya02:00
ABŞ ilə Ukrayna gözlənilən sazişi imzaladı
-
Qoroskop01:40
Günün qoroskopu: Macəra ruhu və optimizm sizi irəli aparacaq
-
Elm və təhsil00:35
Bu gündən məktəblərdə yaz tətili başlayır
-
Region30 Aprel 23:55
İrandakı partlayışda ölənlərin sayı 300 nəfərə çatdı
-
Art30 Aprel 22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Dünya30 Aprel 19:55
Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
-
Sosial30 Aprel 18:50
Azərbaycanda ən çox tələb olunan 5 peşə
-
Hadisə30 Aprel 18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi