Ermənistanda SOS: getdikcə yox olan düşmən ordusu
Bizi izləyin

Nida Xəbər

Ermənistanda SOS: getdikcə yox olan düşmən ordusu

Ermənistan ordusunun iki əsgəri – 1998-ci il təvəllüdlü Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyan ölüb.

Publika.az
xəbər verir ki, rəsmi məlumatda hər iki əsgərin silahdan ehtiyatsız davranışa görə öldüyü deyilir.

Bu, itki Ermənistan ordusundakı vəziyyəti yenidən gündəmə gətirib.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, bu faciəyə görə rəqib (Azərbaycan) məsuliyyət daşımır: “Ümumiyyətlə bizdə ordu haqda nəsə yazmaq, yaxud danışmaq qadağan edilib, guya bu, rəqibin dəyirmanına su tökməkdir. Hərçənd, informasiyanın gizlədilməsi ordunu rəqibdən qorumur, əksinə, özbaşınalığı daha da artırır. Prinsip etibarilə Azərbaycanla müharibə fonunda ordunun dayaqlarının möhkəmləndirilməsi Ermənistanım hərbi-siyasi rəhbərliyi üçün prioritet olmalıdır. Lakin ordudakı itkilərin yarıdan çoxu qeyri-döyüş şəraitində qeydə alınır. Bu, acınacaqlı vəziyyəti sübut edir”.

Erməni şərhçi qeyd edir ki, qeyri-qanuni münasibətlər, korrupsiya Ermənistan ordusunu ağuşuna alıb.

“Keçmişdə orduda hökm sürən özbaşınalığın səbəbi kimi müdafiə naziri Seyran Ohanyanla baş qərargah rəisi Yuri Xaçaturovun arasındakı gərgin münasibətləri göstərirdilər. Lakin bu gün həmin şəxslər yoxdur, amma ordudakı pis vəziyyət davam edir. “Millət-ordu” adlı yeni təbliğat ideyasını ortaya atdılar. Halbuki, bu ideya orduya yox, Serj Sarkisyan hakimiyyətinin maraqlarına işləyir və o da məlumdur ki, bu ideya Karen Karapetyanla mübarizədə istifadə olunur. Ordu Serj Sarkisyanın əsas sistemdaxili vasitələrindən biridir. Cəbhədəki əsgərlər rəqib gülləsindən məhv olursa, arxa cəbhədəki əsgərlər korlanmış və özbaşına idarəçiliyin qurbanı olurlar. İctimai şüurda ordu gəncləri məhv edən ətçəkənlə eynidir”, - deyə o, vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm