
Azərbaycanın Moskvadakı səfirliyində xoşagəlməz anlar
yaşanıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, orta
yaşlı naməlum qadın iş gününün başa çatmasına baxmayaraq,
səfirliyin binasına daxil olmaq istəyib.
Mühafizəçilər buna imkan verməyəndə qadın etiraz etməyə başlayıb.
O, qışqıraraq Azərbaycana getmək istədiyini bildirib, daha sonra
mühafizəçilərlə dalaşıb. Hadisə yerinə gələn polis qadını həbs
edib. Məlumata görə, qadın sərxoş olub.
Asif