Nida Xəbər
Rəsmi Bakı: Sarkisyan görüşdən sonra ağlına gələni deyir
Ermənistan Prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşdən sonra səsləndiriləcək bəyanatla razılaşdı, ancaq görüşdən sonra ağlına gələni deyir.
Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, S.Sarkisyan tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib:
“Azərbaycan Prezidenti, digər dövlət rəsmiləri Ermənistanın dövlət başçısına cavab verdi. Sarkisyan həmsədrlərin qarşısında söz vermişdi ki, görüşdən sonra konkret fikirlərin dünya ictimaiyyətinə çatdırılmasına razıdır, amma görüşdən çıxandan sonra riyakarlıq edir, başqa cür danışır. Əgər Ermənistan Prezidenti bununla razı deyildisə, görüşdə bunu bildirə bilərdi, deyərdi ki, ürəyinə, ağlına nə gəlirsə, görüşdən sonra bildirəcək. Bu halda ona xalqının inamı necə olacaq? O, xalqının inkişafını, rifahını necə təmin edə biləcək? Həmsədrlər əvvəlcə söz verib sonra başqa addım atan prezident barədə nə düşünürlər?! Əgər dövlət başçısı kimi statusun varsa, belə riyakarlıq etmək, yalan danışmaq olmaz. Danışdı, cavabını da aldı".
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Ermənistan xalqı məhz bu cür rəhbərlərin sayəsində ağır duruma düşüb:
"Ermənilər ölkələrini tərk edirlər. Bu gün Ermənistanda cəmi 2,5 milyon insan yaşayır. Proqnozlara görə, vəziyyət bu cür davam edəcəksə, 20 ildən sonra da ölkə əhalisinin sayı 2,5 milyon nəfəri keçməyəcək. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər əhalisi 3 milyon nəfərə qədər artıb. Bu, fərqi, inkişafı göstərir". (trend)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!