Mahmud Məmmədquliyev: "Brüsseldə yeni sazişin imzalanması gözlənilmir"
Bizi izləyin

Nida Xəbər

Mahmud Məmmədquliyev: "Brüsseldə yeni sazişin imzalanması gözlənilmir"

"Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqlar başlayıb. Bu, hüquqi sənəddir və 15 il qüvvədə olmalıdır. Ona görə də danışıqlar çox gərgin keçir".

Publika.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Mahmud Məmmədquliyev bildirib.

M. Məmmədquliyev deyib ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığının Brüsseldə keçiriləcək sammitində - noyabrın 24-də bu sənədin imzalanacağını gözləmək olmaz. Danışıqlar 5 ay əvvəl başlayıb. Yay aylarında bir az fasilə olub, sonra danışıqlar yenə başlayıb. Danışıqlarda bəzi sahələrdə tərəqqi var, bəzi sahələrdə bir çox məsələlər qalmaqdadır. Ona görə də Brüsseldə bu sənədin imzalanacağını barədə yayılan məlumatlar yanlışdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm