
“Oktyabrın 16-da Cenevrədə keçirilən Azərbaycan və
Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə nizamlanmasına yaxşı nümunədir”.
Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk
qrupunun amerikalı həmsədri Endrü Şefer Ermənistan mediasına
açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ həmsədr ölkə kimi Minsk prosesinə
sadiqdir.
“Biz daha əvvəl nail olunmuş razılıqları, həmçinin, Vyana və
Sankt-Peterburq razılaşmalarını reallaşdırmağa çalışaraq, tərəfləri
atəşkəs rejiminə hörmət etməyə və ən yüksək səviyyədə danışıqları
davam etdirməyə çağırmaqda davam edirik. Həmsədrlər növbəti görüşün
tarixinin dəqiqləşdirilməsi üçün Azərbaycan və Ermənistan XİN
rəhbərləri ilə işləyir. Növbəti görüş qarşıdakı həftələrdə
gözlənilir”, - deyə amerikalı həmsədr vurğulayıb.
Asif