
“Euronews bir neçə gün bundan əvvəl Myanmada baş verən
hadisələri “müasir zamanın ən böyük qaçqın böhranı” adlandırdı. Bu
çox yaxşıdır və düzdür”.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici
əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Feysbuk səhifəsində
yazıb.
N.Məmmədov “Euronews” telekanalının Azərbaycandaklı qaçqaın
böhranına diqqət ayırmamaqda günahlandırıb.
“Amma Avropada özlərini ən çox baxılan, tarazlı, neytral, müstəqil
və ədalətli hesab edən kanal Azərbaycanda 1980-ci illərin sonu və
90-cı illərin əvvəllərində baş vermiş qaçqın böhranı (bir milyondan
artıq insan) haqda bir dəfə də olsun belə fikir söyləməyib”, - deyə
N.Məmmədov vurğulayıb.
Asif