Nida Xəbər
Müdafiə naziri: "Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir"
"Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir".
Publika.az xəbər verir ki, bunu Trend-ə Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak etmək üçün ölkəmizə səfəri əsnasında Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.
Nazir qeyd edib ki, torpaqların azad olunması üçün güclü dövlət olmaqla yanaşı, ölkənin müdafiə və hərbi sistemini də gücləndirmək lazımdır: "İşğal altındakı Azərbaycan torpaqları gec-tez azad olunacaq".
N.Canikli bildirib: “Hamı bilsin ki, Azərbaycan və Türkiyə hərbi qüvvələri bu vaxta qədər bir-birlərinə lazımi dəstək verib və bundan sonra da dəstək veriləcək.
Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında bütün sahələri əhatə edən əməkdaşlığın gücləndirilməsi üçün xüsusi bir sazişə ehtiyac yoxdur: "Azərbaycan və Türkiyə bir-birlərinə hər cür dəstək göstərir. Azərbaycan xalqının hər hansı bir tələbi Türkiyə üçün əmrdir. Eyni zamanda, Azərbaycan da Türkiyədən hər hansı bir tələb olduqda əlindən gələni yerinə yetirir”.
N.Canikli qeyd edib ki, Türkiyə və Azərbaycanın bir-birinə ehtiyacı var və hər iki dövlət öz səylərini müxtəlif sahələrdə birləşdirirlər: "Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət" olduqları üçün Azərbaycanın gücü Türkiyənin gücüdür”.
Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə bundan sonra da birgə hərbi təlimlərin keçirilməsinə ciddi önəm verəcək: "Hər iki ölkədə müdafiə sənayesini inkişaf etdirmək və bir-birimizə dəstək vermək çox önəmlidir”.
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO