Azərbaycan, Rusiya və İran prezidentləri “Şimal-Cənub” dəhlizini müzakirə edəcək
Bizi izləyin

Nida Xəbər

Azərbaycan, Rusiya və İran prezidentləri “Şimal-Cənub” dəhlizini müzakirə edəcək

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına həsr olunacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, növbəti görüşün Tehranda keçiriləcəyini deyib: “Tərəflər bu məsələ ilə bağlı böyük maraq nümayiş etdirir. Azərbaycan hətta dəmir yolu hissəsinin tikintisi üçün İrana kredit ayırmağa da hazırdır. Fikrimcə, bütün bu məsələlər prezidentlərin görüşü zamanı müzakirə olunacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm