Baş nazirlərin Azərbaycana səfəri başa çatdı
Bizi izləyin

Nida Xəbər

Baş nazirlərin Azərbaycana səfəri başa çatdı

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycan Respublikasına səfəri başa çatıb.

Publika.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Eyni zamanda Qazaxıstan Respublikasının baş naziri Bakıtjan Saqintayevin Azərbaycan Respublikasına səfəri oktyabrın 30-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Bakıtjan Saqintayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıbılar.

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun da Azərbaycan Respublikasına səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Abdulla Aripovu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm