Masallıda bələdiyyə təlimi - FOTO
Bizi izləyin

Nida Xəbər

Masallıda bələdiyyə təlimi - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi (BFTİB) "Region bələdiyyələrinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində sonuncu təlimini Masallı rayonunda keçirib.

Publika.az xəbər verir ki, təlimdə Masallı rayonunun 33 bələdiyyəsinin və rayon icra hakmiyyətinin nümayəndəsi iştirak edib.

Bələdiyyə sədrlər, müavinlər, hüquqşünas və qulluqçularından 30 iştirakçının qatıldığı təlimdə ilk sözü layihənin rəhbəri Könül Quliyeva açaraq "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi olaraq layihənin donoru, məqsəd və vəzifələri haqqında məlumat verib. O, ölkəmizdə bələdiyyələrdə aparılan şəffaflıq prinsiplərindən danışıb.

Təlimdə BFTİB-nın ekspertləri Zaur İbrahimli və Mirəli Hüseynovun "Bələdiyyələrin şəffaflıq və hesabatlılıq məsələləri, qanunvericilik, mövcud standartlar” və "Eik davaranış qaydaları” mövzularında təqdimatları olub.

Ekspert Z.İbrahimli çıxışında Azərbaycan bələdiyyələrinin qarşılaşdığı problemlərin aradan qaldırılmasından, habelə vergi və ödənişlərin uçotunun aparılmasından, şəffaflığın təmin olunmasında Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən istifadəyə verilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının xüsusi əhəmiyyəti kəsb etdiyini qeyd edib.

Ekspertin sözlərinə görə, 2016-cı ilin oktyabrından istifadəyə verilən proqramın bir sıra bələdiyyələr tərəfindən istifadəsində müəyyən çətinliklər olsa da, nəticə etibariylə az müddətdən sonra yerli özünidarəetmə orqanları onun bəhrəsini görəcək və fəaliyyətlərində hiss edəcəklər.

Bələdiyyə idarəetməsində etik davranış qaydalarının tətbiqi yerli özünüidarəetmədə yaxşı idarəetmənin təşkili istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri kimi nəzərdən keçirilir. Yerli özünüidarəetmədə qanunçuluğun təmin edilməsində, vətəndaşların bələdiyyələrə etimadının artırılmasında, bələdiyyələrin fəaliyyətində səmərələliyin və şəffaflığın gücləndirilməsində, maraqlar toqquşmasının qarşısının alınmasında etik davranış qaydaları institutu müstəsna əhəmiyyətə malikdir. Bu institut bələdiyyə rəsmilərini hüquq və vəzifələrinin dürüst şəkildə həyata keçirməyə, özlərini vətəndaşlar qarşısında daha hesabatlı və məsuliyyətli olmağa, peşəkar davranışlara sövq etməyə və bələdiyyə idarəetməsinin səmərələliyinin artmasına müsbət təsir göstərir.

Təlim iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm