Ziyafət Əsgərov: “Fazil müəllim, yaşıllıq əkin!”
Bizi izləyin

Nida Xəbər

Ziyafət Əsgərov: “Fazil müəllim, yaşıllıq əkin!”

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanunda dəyişiklik edilib.

Publika.az xəbər verir ki, dəyişiklik barədə məlumat verən Komitə sədri Eldar İbrahimov bu dəyişikliyin yaşıllıqların mühafizəsi, bərpası işinin stimullaşdırılması məqsədi daşıdığını deyib:

“Bundan sonra yaşılıqların siyahısını müvafiq icra hakimiyyəti tərəfindən təsdiq ediləcək. Yaşıllıqları uçotunun aparılması müvafiq quruma həvalə olunur ki, bu da yaşıllıqların siyahısının müəyyən edilməsinə imkan verəcək. Həmçinin yaşıllıqlar salınarkən müvafiq faydalı bitki cinsi torpaqların xüsusiyyəti nəzərə almaqla müəyyən ediləcək”.

Dəyişikliyə münasibət bildirən millət vəkili Fazil Mustafa bunları deyib: “Bu vaxta qədər də yaşıllıqlarda əkiləcək bitkilərin cinsini, torpaqların xüsusiyyətini qeyri-formal qaydada icra hakimiyəti müəyyən edirdi. Hesab edirəm ki, bu məsələni yenidən icra hakimiyyətinə həvalə etmək heç nəyi dəyişməyəcək, xaricdə bu işi bələdiyyələr, vətəndaşlar həyata keçirir. Bizdə isə yaşıllıqları salanları stimullaşdırma yoxdur. Bir sıra ərazilərdə salınan yaşıllıqların solmasını müşahidə edirik. Çöldürsə o elə qalmalıdır, yaşıllıqlar salmağa nə ehtiyac var? Bu işdə həm də məsuliyyət məsələsinə baxılmalıdır. Bir qrup insan yaşıllıq salmaq istədikdə hansı quruma müraciət edəcəyini, onları invertarla təmin etməyənlərə qarşı görüləcək inzibati tədbirlər müəyyən ediləcək. Ona görə də icra orqanlarının məsuliyyətinin müəyyən edilməsi vacibdir. Milyonlar ödəyərək xaricdən ağac gətirməyə ehtiyac yoxdur. Vətəndaşlar stimullaşdırılsa, Abşeron torpağına uyğun yaşıllıqlar əkilər”.

Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, bu gün yaşıllıqlar salan təşkilatların sayı kifayət qədərdir: “Biz Yeni Azərbaycan Partiyası olaraq də ildə bir neçə dəfə ağac əkirik. Fazil müəllim, partiya başqanı olaraq siz də təşəbbüs göstərib, yaşıllıq əkin!”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm