Sahibkarlara şad xəbər
Bizi izləyin

Nida Xəbər

Sahibkarlara şad xəbər

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Publika.az xəbər verir ki, dəyişiklik barədə çıxış edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, 2015-ci ildə qəbul edilən bu qanun sahibkarlığın inkişafına müsbət təsir göstərib:

“Edilən dəyişikliklə bu qanun layihəsinin müddəti 2021-ci ilə qədər uzadılacaq. Lakin dərman vasitələri və qida məhsullarının yoxlamalarının keçirilməsinə icazə veriləcək. Qida məhsulları 2018-ci ildən fəaliyyətə başlayacaq Qida Təhsükəsizliyi Agentliyi, dərman vasitələri isə Səhiyyə Nazirliyi tərəfindən yoxlanılacaq”.

Dəyişikliklərə münasibət bildirən Tahir Kərimli əməyin istismarı, texniki təhlükəsizlik, işçilərin qeydiyyatı və sanitar-gigiyena qaydalarının yoxlanılmasının da qanuna əlavə edilməsini təklif edib.

Millət vəkili Qənirə Paşayeva da əmək müqavilələrin yoxlanılmasının da qanuna əlavə olunması təklifini irəli sürüb:

“Bununla bağlı Əmək Müfəttişliyi də fəaliyyətini artırmalıdır. Hər bir insan hüququnu qorumalıdır. Lakin nəzərə almalıyıq ki, insanların işə ehtiyacı var. Onlar müqavilə tələb edəndə, iş yerlərindən başqa işçinin götürülə biləcəyi bildirilir. Bu zaman isə insanlar işəgötürənlərin tələblərinə boyun əyməli olurlar. Hesab edirəm ki, bu məsələyə ciddi müdaxilə edilməlidir. Bunun vacibliyini gələcəkdə həmin şəxslər pensiyaya çıxanda yaranacaq çətinliklərdə hiss edəcəyik”.

Birinci vitse-spiker Ziyafət Əsgərov çıxışlara münasibət bildirib:

“Bir vaxtlar biz sahibkarların lüzumsuz yoxlamalardan şikayətləndiyinin müzakirəsini aparırdıq. Bu gün isə təkrar yoxlamaların dairəsinin genişləndirilməsini təklif edirik. Təklif edilən istiqamətlərin siyahısını uzatmaq olar. Lakin bunları əlavə etsək, yenə əvvəlki vəziyyətə qayıdacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm