“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edildi
Bizi izləyin

Nida Xəbər

“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edildi

Milli Məclisin iclasında Dövlət müşaviri və Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifələrinin inzibati vəzifələrin ali və birinci təsnifatı sırasından çıxarılması ilə bağlı qanunvericiliyə dəyişiklik müzakirə olunub. “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik təklif olunur. Layihəyə əsasən, dövlət müşaviri vəzifəsi inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılır.

Xatırladaq ki, Dövlət müşavirliyi institutu və PA rəhbərinin müavini vəzifələri bir müddət əvvəl ləğv olunub.

Publika.az xəbər verir ki, dəyişikliklərlə bağlı deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri xatırladıb ki, Prezidentin sərəncamı ilə Prezident Administrasiyasının sturukturunda müəyyən dəyişiklik edilib: “Bununla da dövlət müşavirləri və Prezident Administrasiyasının rəhbərinin müavinləri vəzifəsi ləğv edilib. Bu səbəbdən də Dövlət qulluğu haqqında qanunun 11.1 və 11.2-ci maddələrindən dövlət müşavirləri və Prezident Administrasiyasının müavinləri sözü çıxarılır”.

Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, dəyişikliklərlə bağlı izahat verilməlidir. Onun sözlərinə görə, bəzən nazirin 5 müavini olur, ancaq Prezident Administrasiyasının rəhbərinin özünün müavini olmur.: “Digər tərəfdən Dövlət qulluğu haqqında qanunda siyasi və inzibati vəzifələr bölgüsü var. Prezidentin köməkçiləri siyasi vəzifədir. Qanunun 10-cu maddəsində qeyd edilir ki, siyasi vəzifə tutan şəxslərə bu qanun şamil olunmur. Ancaq bizdə elə şəxslər var ki, həm şöbə müdiri, həm də prezidentin köməkçisi vəzifəsini tuturlar. Bu halda necə olacaq? İkincisi hesab edirəm ki, dünyada prezidentin köməkçisi kifayət qədər yüksək post hesab olunur və bunu şöbə müdiri vəzifəsinə endirmək olmaz”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm