Ali Məhkəmənin kollegiya sədri: “Nümayəndələr məhkəmədə suallara cavab verə bilmir”
Bizi izləyin

Nida Xəbər

Ali Məhkəmənin kollegiya sədri: “Nümayəndələr məhkəmədə suallara cavab verə bilmir”

"Neçə vaxtdır ki, bu məsələ cəmiyyətdə müzakirə edilir. Əslində isə biz 3 ildir ki, bu məsələni araşdırırıq".

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun müzakirəsi zamanı Ali Məhkəmənin kollegiya sədri, Məhkəmə Hüquq Şurasının üzvü Şəlalə Məmmədova deyib.

Çıxışçı bildirib ki, millət vəkillərinin fikirlərinə hörmətlə yanaşır:

“Nümayəndə məhkəmə prosesinə aiddir. Qalan işlərdə vətəndaş kimi seçirsə, seçsin. Səsləndi ki, nümayəndəlik institutunun ləğvi ilə işsizlik yaranacaq. Həmin nümayəndələr onsuz da işsizdir və bu onların iş yeri deyil. Əsasən Mülki Prossesual Məcəllə ilə əlaqədar olaraq biz nümayəndəlik institutununu dayandırırıq. Nəzərə alın ki, son zamanlar ailə münasibətləri, nikahın pozulması, uşaqların ölkədən çıxarılması məsələlərində mübahisələr artıb. Belə hallarda nümayəndə çox vaxt məhkəmə prosesində iştirak edir. Nümayəndəyə sual edəndə ki, nikahın pozulmasına səbəb nədir, buna cavab verə bilmirlər. Digər tərəfdən vətəndaş özü məhkəməyə gedə bilmirsə, onda onu nümayəndə təmsil edir. Biz müəyyən etmişik ki, tərəflər məhkəmədə iştirak edir və hakimin suallarına cavab verirsə, bu halda nümayəndə qeyri-qanuni vəkillik xidməti göstərir. Bu mənada deputatlar qanuna səs verərsə məhkəmə prosesində vətəndaşların maraqlarını müdafiə edəcəklər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm