Ərdoğan bu gün Soçidə Qarabağ üzrə hansı təklifi verəcək? - Putinin ADAMI AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Ərdoğan bu gün Soçidə Qarabağ üzrə hansı təklifi verəcək? - Putinin ADAMI AÇIQLADI

“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Türkiyə-Rusiya əməkdaşlığı yaxşı ideyadır. Biz bu münaqişədə Türkiyənin Azərbaycana tam dəstəyini yaxşı bilirik. Problem ondadır ki, Türkiyənin Azərbaycana qeyd-şərtsiz dəstəyi onun neytral vasitəçi kimi çıxış etməsinin qarşısını alır. Bu baxımdan, Ermənistanın Türkiyənin vasitəçiliyini qəbul etməsi çətindir. Lakin Ankara bu prosesdə Moskva ilə birgə hərəkət edə bilər”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının İctimai Palatasının üzvü, politoloq Sergey Markov Putinlə Ərdoğanın bugünkü Soçi görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə iki istiqamət üzrə hərəkət edə bilər.

“Birincisi, münaqişənin nizama salınmasında öz təkliflərini irəli sürə bilər. İkincisi, Ərdoğan Putinlə görüşdə Ermənistanın təhlükəsizliyinə müəyyən zəmanətlər qarşılığında 5 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutan “Kazan düsturu”nu dəstəkləyə bilər. Yəni Ərdoğan Ermənistan qarşısında öz təklifini irəli sürə bilər”, - deyə o vurğulayıb.

Markov qeyd edib ki, Ərdoğan münaqişənin nizama salınmasında Rusiyaya kömək etsə, ciddi nəticələr əldə oluna bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm