Albayrak Bakıya səfər edəcək
Bizi izləyin

Nida Xəbər

Albayrak Bakıya səfər edəcək

Gələn ilin əvvəlində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycana rəsmi səfər edəcək.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.

“2018-ci ilin yanvar ayının əvvəlində Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda nazir Berat Albayrakın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir”, - deyə o vurğulayıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm