Ərdoğanla Putinin İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI: Lavrovun Bakı səfərinin İKİ SİRRİ
Bizi izləyin

Nida Xəbər

Ərdoğanla Putinin İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI: Lavrovun Bakı səfərinin İKİ SİRRİ

Noyabrın 13-də Soçidə baş tutan Ərdoğan-Putin görüşündən dərhal sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfər edəcəyi haqda informasiyasının ortaya çıxması Ermənistanda narahatlığa səbəb olub.

Publika.az
xəbər verir ki, Lavrovun noyabrın 19-da Bakıya, 20-də isə İrəvana səfər edəcəyi deyilir.

Rusiya baş diplomatının səfərində iki nüansın mümkünlüyü ehtimal edilir:

1. Lavrov münaqişənin nizama salınması üzrə yeni Qarabağ planını gətirəcək.
2. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyə çalışacaq.

İkinci nüans sıradan diplomatik gediş kimi görünür. Xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün Lavrovun hər iki paytaxta səfərinə ehtiyac yoxdur və belə bir görüş diplomatik kanallar vasitəsilə də asanlıqla müzakirə edilə bilər. Digər tərəfdən, Lavrov XİN rəhbərlərinin görüşünü təşkil etmək istəsə belə, burada əsas olan görüşün təşkili yox, görüşdə müzakirə ediləcək məsələdir. Məntiqi olaraq, ikinci nüans birincinin davamıdır: Lavrov özü ilə yeni Qarabağ planını gətirir. Əvvəlcə Bakıda müzakirələr aparır, daha sonra İrəvana gedir, son nəticədə də tərəfləri bir araya gətirərək, yeni planın müzakirəsini təşkil edir. Hesab etmək olar ki, Ərdoğanla Putin Soçidə yeni Qarabağ planı üzrə razılaşıb, Lavrov da məhz bu planın tətbiqi üçün hərəkətə keçib.

Ermənistanda narahatlıq yaradan məqam da məhz Lavrovun yeni planla gəlişidir. Çünki bundan əvvəl Rusiyanın irəli sürdüyü “Lavrov planı”nda ərazilərin qaytarılması və mövcud status-kvonun dəyişdirilməsi nəzərdə tutulurdu. Bu planda Rusiyanın regiona dair siyasəti əksini tapsa da, bütün hallarda münaqişədə mövcud vəziyyət “ölü nöqtə”dən tərpənir. İrəvanda hesab edirlər ki, Lavrovun gətirəcəyi yeni plan da Ermənistanın maraqlarına uyğun deyil. Xüsusilə Azərbaycan-Türkiyə-Rusya formatında razılaşdırılmış planın erməni işğalına qarşı olacağı da aydın məsələdir.

Erməni şərhçi Akop Badalyan hesab edir ki, mövcud status-kvonun saxlanılması çətindir: “Çətin ki, dünyada da kimsə status-kvonun bərkidilməsini istəyir. Güzəştlər haqda danışmaq mümkün variant kimi görünür. Lavrovun gətirəcəyi yeni plan da bundan ibarət ola bilər. Çünki danışıqların uzanması müharibə variantını önə çıxarır, deməli konkret addımlar atılmalıdır”.

Badalyan Ermənistanın daxilində ciddi problemlərin olduğuna diqqət çəkib.

“Aprel müharibəsi” İrəvandakı elitanın çatlarını üzə çıxartdı. Problem ondadır ki, elita yeni plan qarşısında nə qədər iradə və qabiliyyət göstərəcək. Ermənistan daxilində millətin elitaya etibarının olmaması böyük problemdir və görünən budur ki, bu problemi yaxın vaxtlarda həll etmək mümkün deyil”, - deyə o bildirib.

Digər erməni şərhçi Sarqis Artsruni isə yazır ki, Rusiya və Türkiyə qlobal səviyyəli məsələlərdə ümumi razılığa gəliblərsə, bu razılaşmaya Qarabağ da daxildir: “Ermənistan rus-türk razılaşmalarının mənfi nəticələri ilə dəfələrlə üz-üzə qalıb. Əgər yeni bir razılıq varsa, bu, Ermənistan üçün təhlükədən xəbər verir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm