Naxçıvan Qarnizonunda praktiki atışlar icra olundu - VİDEO
Bizi izləyin

Nida Xəbər

Naxçıvan Qarnizonunda praktiki atışlar icra olundu - VİDEO

Naxçıvan Qarnizonunda davam edən hərb oyunlarında praktiki atışlar icra olunub.

Komanda-qərargah hərb oyunlarının ssenarisinə əsasən, praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə geri çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, gecə və gündüz şəraitində artilleriya bölmələri hücumu praktiki atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.
Bölmələrin fəaliyyəti Ordu aviasiyası və hava hücumundan müdafiə bölmələri tərəfindən havadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyata keçirilib.

Təlim zamanı döyüşün hərtərəfli təminatı üzrə təmir və təxliyə tapşırıqları yerinə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm