Əfqanıstanla Azərbaycan arasında 5 sənəd imzalanacaq
Bizi izləyin

Nida Xəbər

Əfqanıstanla Azərbaycan arasında 5 sənəd imzalanacaq

“Azərbaycanla Əfqanıstan arasında 5 müxtəlif sahəni əhatə edən anlaşma memorandumu üzərində işə başlamışıq”.

Bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu günlərdə Bakıda “Asiyanın ürəyi-İstanbul prosesi”nin iclası keçiriləcək.

Səfirin sözlərinə görə, Əfqanıstan prezidenti Əşrəf Qəni Azərbaycana gələcək: "Azərbaycanlı dostlarımıza tərəfdaşlıq və güclü dəstəyə görə təşəkkür edirik. Tədbirdə Türkiyə, İran, Pakistan və Hindistan xarici işlər nazirləri, eləcə də Avropa təmsilçisi kimi Estoniya xarici işlər naziri iştirak edəcək. Prezidentlər arasında keçiriləcək görüş zamanı Azərbaycanla münasibətləri daha da irəli aparacaq 5 sənədin imzalanması nəzərdə tutulur". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm