Nida Xəbər
Ermənistan ordusuna BÖYÜK ZƏRBƏ - Düşmən 56 itki verdi
2017-ci ilin 9 ayı – yanvar-sentyabr ərzində Ermənistan
ordusu 56 itki verib.
Publika.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaş
Cəmiyyətinin Ermənistan bürosunun məlumatında deyilir.
Məlumata görə, 2017-ci il ərzində erməni hərbi birləşmələrinin 46
hərbi qulluqçusu ölüb. Onlardan 29-u əsgər, 17-si isə müddətdən
artıq hərbi qulluqçudur. 46 ölümün 29-u Azərbaycanın işğal edilmiş
Dağlıq Qarabağ ərazisində baş verib.
46 ölümdən 21-i Azərbaycan ordusunun atəşkəs rejimini pozan
işğalçıya cavab atəşi nəticəsində qeydə alınıb. 6 ölüm qətl (5
silahla düzgün rəftar etməmək, 1 qəsdən öldürmə), 6 ölüm bədbəxt
hadisə (4 bədbəxt hadisə, 1 zəhərlənmə, 1 xidmətə laqeyd münasibət
- ehtiyatsızlıq), 9 ölüm intihar, 4 ölüm xəstəliklə baş verib.
Büronun məlumatına görə, son oktyabr və noyabr aylarında qeydə
alınan ölümlər əlavə edilərsə, 2017-ci ildə Ermənistan ordusunda
itkiləri sayı 56-dan çox olub.
“Əsgər” koordinasiya şurasının sədri Marqarita Xaçatryan hesab edir
ki, itkilərin sayı daha da çoxalacaq.
“Unutmamalıyıq ki, müharibə gedir. Lakin tək səbəb bu deyil.
İntiharlar ötən illərlə müqayisədə az da olsa azalır, amma əvəzində
silahla ehtiyatsız davranışa görə şikəst olmalar, həmçinin, ölümlər
çoxalır”, - deyə o bildirib.
Erməni hüquq müdafiəçisi Janna Aleksanyan isə hesab edir ki, son
illərdə ordudakı ölümlərin statistikası yüksələn xətt üzrə gedir:
“Lakin heç bir ölçü götürülmür. Ordunun keçmiş rəhbərliyi
qarşısında bu məsələləri qaldırıb müzakirə etmək mümkün idi. İndiki
nazir isə heç nəyə qulaq asmır. Hazırkı rəhbərlik orduya laqeyd
münasibət göstərir. Övladı ölmüş valideyn şikayət üçün Müdafiə
Nazirliyinə gələndə onları qapının arxasında saxlayırlar və
dinləmirlər. Belə çıxır ki, onlar əsgərləri yalnız öldürürlər,
başqa heç nə etmirlər. Rəhbərlik hətta hərbi hissələrdə cinayətkar
atmosferi dəyişdirməyə, cəzasızlıq mühitini aradan qaldırmağa
çalışmır”.
J.Aleksanyan deyir ki, orduda sağlamlığa görə ölüm sayları da
artıb.
“Xəstə gəncləri bilə-bilə əsgərliyə çağırırlar, çünki onlar məmur
övladlarının yerinə hərbi xidmət keçməlidir. Siz heç bilirsinizmi
ki, hakim Respublika Partiyası məmur övladlarının hərbi xidmətə
getməməsi üçün qanun layihəsi hazırlayır?! Onlar özlərini
sığortalamaq üçün mümkün olan hər şeyi edirlər”, - deyə hüquq
müdafiəçisi vurğulayıb.
Asif
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir