"Azərbaycan bizim yaxşı qonşumuzdur" - Məhəmməd Cavad Zərif
Bizi izləyin

Nida Xəbər

"Azərbaycan bizim yaxşı qonşumuzdur" - Məhəmməd Cavad Zərif

"İranın Azərbaycanla çox gözəl əlaqələri mövcuddur. Bugünkü iclasdan əlavə, prezident İlham Əliyevlə faydalı müzakirələr apardıq".

Publika.az bildirir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İlham Əliyevlə görüşdən sonra deyib.

Onun sözlərinə görə, görüşdə enerji sahəsində və Xəzər dənizi ilə bağlı, habelə Rusiya-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-İran arasında tranzit sahəsində əməkdaşlıq müzakirə olunub.

"Azərbaycan İranın yaxşı qonşusudur. Biz bu əlaqələri ciddi şəkildə davam etdirəcəyik", - deyə nazir vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm