Kütləvi qırğın silahları barədə Azərbaycanla-ABŞ SAZİŞİ - Müddət UZADILDI
Bizi izləyin

Nida Xəbər

Kütləvi qırğın silahları barədə Azərbaycanla-ABŞ SAZİŞİ - Müddət UZADILDI

“Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılıb.

Publika.az xəbər verir ki, saziş barədə məlumat verən birinci vitse-spiker Ziyafət Əsgərov onun ilk dəfə 1999-cu il 28 sentyabr tarixində Vaşinqton şəhərində imzalandığını bildirib.

“Sazişin müddətinin uzadılması barədə müzkairələr aparılıb. Nəticədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında notalar mübadiləsi formasında bağlanmış Saziş daha 7 ilə uzadılıb. Bu Saziş ölkələrimiz arasında münasibətlər üçün son dərəcə önəmlidir”.

Qanun layihəsi millət vəkilləri tərəfindən təsdiq edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm