Nida Xəbər
"Nardaranda keçirilən əməliyyatla böyük təhlükələrin qarşısı alınıb" - Qüdrət Həsənquliyev
"Nardaranda belə bir əməliyyatın keçirilməsi tələbi ilə
çıxış edən millət vəkillərindən biri mən olmuşam. Vaxtilə
televiziya vasitəsi ilə ölkə rəhbərliyinə, hüquq-mühafizə
orqanlarına müraciət etmişdim ki, Nardaran faktiki ölkənin
yurisdiksiyasından kənara çıxıb, artıq gözləmək lazım
deyil".
Publika.az xəbər verir ki, bunu Nardaranda dini
ekstremist qrupa qarşı keçirilən əməliyyatının ikinci ildönümü ilə
bağlı APA-ya açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənquliyev deyib ki, o zaman qəsəbəyə daxil olanda insanda
sanki başqa bir dövlətin ərazisində olması təəssüratı yaranırdı:
"Divarlarda fərqli dillərdə şüarlar yazılmışdı, fərqli bayraqlar
açılmışdı. Bu qəsəbədə bəzi insanlar açığı, Azərbaycan qanunlarına
riayət etmirdilər. Xarici dövlətlərin xüsusi xidmət orqanları
tərəfindən orda geniş iş aparılmışdı, çoxlu sayda insanlar
əməkdaşlığa cəlb olunmuşdu, bunların bəzilərinin isə heç o kəndə
aidiyyatı yox idi. Nəhayət, dövlət, hüquq-mühafizə orqanları öz
sözlərini deməli idilər. Əks halda, gələcəkdə vəziyyəti hüquqi
müstəviyə gətirmək üçün daha ağır nəticələr ola bilərdi. Təəssüf
ki, Nardaranda hüquqi nizam-intizamın bərpa olunması üçün Daxili
İşlər Nazirliyi tərəfindən keçirilən tədbir zamanı 2 polis əməkdaşı
da daxil olmaqla, bir neçə nəfər həyatını itirdi. Amma biz bilirik
ki, polis əməkdaşları vətəndaşların təhlükəsizliyini qorumaq,
ictimai asayişi, dövlətin təhlükəsizliyini təmin etmək üçün
həyatları ilə risk edirlər. Allah əməliyyat zamanı həyatını itirən
polislərə rəhmət etsin. Əlbəttə, ağır itkidir. Amma bir daha
deyirəm ki,. Bu əməliyyatda itki verilsə də, hər halda
nizam-intizam bərpa olundu, dövlətimiz üçün hazırlanan böyük bir
qəsdin, təhlükələrin qarşısı alındı".
Sonrakı mərhələdə Nardaranda abadlıq işlərinə başlandığını
xatırladan millət vəkili qəsəbənin küçələrində Azərbaycan bayrağı
qaldırıldığını söyləyib: "Nardaranda o vaxta qədər müxtəlif
ekstremist qüvvələrin bayraqlarının da dalğalandığı olmuşdu. Orda
yalnız Azərbaycan bayrağı qaldırılanda insanlarımız rahat bir nəfəs
aldılar ki, biz daha bir təhlükədən sovuşduq. Biz hamımız bir daha
o əməliyyatda iştirak edən polis işçilərini minnətdarlıq hissi ilə
qeyd etməliyik. Nardaranı ölkənin yuridiksiyasından kənara
çıxarmağa çalışmış insanlar da layiqli cəzalarını aldılar".
Q. Həsənqulyev bəzi siyasi qüvvələrin aksiyalarında, çıxışlarında
Nardaran əməliyyatı zaman həbs edilən və məhkəmə tərəfindən
haqlarında hökm verilmiş insanları "siyasi məhbus" kimi təqdim
etməyə çalışmalarına, onları azadlığa çıxmalarını tələb etməsinə də
toxunub: “Əgər insanlar doğurdan da törətdikləri cinayətə görə
peşmançılıq hissi keçirirlərsə, cəzalarının bir hissəsini
çəkiblərsə, cəzaçəkmə yerlərində özlərini yaxşı aparıblarsa,
qanunvericiliyimiz onların cəzalarının çəkilməmiş hissəsindən azad
olunmasına imkan verir. Nardaranda da məsuliyyətə cəlb olunmuş
çoxlu sayda insanlar artıq azad ediliblər. Amma orada
təşkilatçılar, insanları qızışdırıb dövlət və hakimiyyət orqanları
ilə üz-üzə qoymaq istəyənlər olub və o insanlar cəzalarını
çəkəcəklər. Belələrindən haqq-ədalət uğrunda mübarizə aparan
obrazını yaratmaq cəhdlərinə gəlincə, bəri başdan deyim ki, belə
cəhdlər cəmiyyət tərəfindən lənətlənir".
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular