Nida Xəbər
Millət vəkillərimiz Rusiyaya getdilər
Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət
Əsgərovun başçılığı ilə nümayəndə heyəti "Parlamentarilər
narkotiklərə qarşı" adlı beynəlxalq parlament konfransında iştirak
etmək üçün Moskvaya səfərə yola düşəcək.
Milli Məclisdən Publika.az-a verilən məlumata görə, tədbirə
dünyanın 60-dan çox ölkəsindən parlament rəhbərləri və aparıcı
ekspertlər dəvət olunub.
Beynəlxalq konfransın plenar iclasında Rusiya Dövlət Dumasının
sədri Vladimir Volodin və Dumadakı fraksiyaların liderləri, BMT-nin
və Şanxay Əməkdaşlıq Təşkilatının təmsilçiləri, Rusiyanın xarici
işlər və səhiyyə nazirləri, konfransda iştirak edən xarici
parlament nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər.
Azərbaycan nümayəndə heyətinin başçısı Z. Əsgərov çıxışı zaman
narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və narkomaniyaya
qarşı mübarizəyə dair fikirlərini bölüşəcək, təkliflərini diqqətə
çatdıracaq.
Plenar iclasdan sonra konfrans öz işini üç seksiyada davam
etdirəcək. Narkotikdən asılılığın aradan qaldırılması və
narkomanların reabilitasiyasında müasir metodlar, narkotəhlükəyə
qarşı mübarizə məsələləri gündəmdə olacaq. Milli Məclisin birinci
vitse-spikeri "Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı
mübarizənin qanunvericiliklə tənzimlənməsinin təkmilləşdirilməsi"
mövzusuna həsr olunmuş seksiyada aparılan müzakirələrə
qatılacaq.
Səfər dekabrın 5-də başa çatacaq.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...