“Bu, prezident tərəfindən aparılan struktur və kadr islahatlarının davamıdır” - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

“Bu, prezident tərəfindən aparılan struktur və kadr islahatlarının davamıdır” - ŞƏRH

“Cənab prezidentin birbaşa rəhbərliyi ilə 2006-cı ildən başlayaraq ölkədə genişmiqyaslı islahatlar keçirilib. Vergilər Nazirliyinin başçısının dəyişdirilməsi də ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar çərçivəsində qiymətləndirilməlidir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsini şərh edərkən deyib.

İqdisadçı millət vəkilinin sözlərinə görə, 2006-cı il ümumilikdə iqtisadi islahatlar ili kimi yadda qalacaq:

“Vergi qanunvericiliyindəki dəyişikliklər, gömrükdəki islahatlar, struktur dəyişiklikləri, yeni qanunların qəbul olunması, ümumilikdə iqtisadiyyatın bütün sahəsini əhatə edən Strateji Yol Xəritəsinin qəbul olunması atılan müsbət addımlar idi. 2017-ci ildə iqtisadi islahatlar davam etdirildi və bu il böyük nailiyyətlərimiz var. Ölkənin qeyri-neft sektorunun inkişafında mühüm bir mərhələyə qədəm qoymuşuq, ixrac potensialımız artıb və ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorun payı çoxalıb. Bütün bunlar dövlət tərəfindən sahibkarlara verilən dəstəyin nəticəsidir”.

Müsahibimiz qeyd edib ki, bütün bu sahədə çalışan sahibkarların fəaliyyətinin daha da genişləndirilməsi üçün qanunvericilikdə edilən dəyişikliklərlə yanaşı, ölkə prezidenti sahibkarlara siyasi dəstək də verir.

Millət vəkili Vergilər Nazirliyinə yeni rəhbərin təyin edilməsini də prezident tərəfindən aparılan struktur və kadr islahatlarının davamı kimi qiymətləndirib: “Bu özünün müsbət nəticələrini gələcəkdə verəcək. Bu, fiziki və hüquqi şəxslər, sahibkarlar, bütövlükdə vergi subyektləri üçün daha əlverişli şəraitin formalaşdırılması prosesinə təkan verəcək”.

Ötən illər ərzində vergi məcəlləsində önəmli dəyişikliklərin edildiyini deyən millət vəkili bildirib ki, Vergilər Nazirliyinin strukturlarında, buna adekvat dəyişikliklərin edilməsi də günün tələbidir:

“Bu gün müasir vergi islahatları və vergi məcəlləsinə uyğun olaraq sahibkarlarla mütəmadi əlaqə saxlayan, ölkə iqtisadiyyatının əsas vergi bazasını formalaşdıran qurum olaraq, Vergilər Nazirliyinin özündə də struktur islahatları keçirilməlidir. Nazirlikdə struktur islahatlarının aparılması günün tələbidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm