Vyanada Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir
Bizi izləyin

Nida Xəbər

Vyanada Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunur. H.Hacıyev qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin tezliklə substantiv danışıqlar vasitəsilə həll olunması üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, E.Məmmədyarovun həmsədrlərlə danışıqları ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının illik toplantısı çərçivəsində keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm