Ağsaqqallar Şurasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Ağsaqqallar Şurasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət etdi - FOTO

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər.

F.Heydərov və Şura üzvləri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarına gül dəstələri düzüblər.

F.Heydərov H. Əliyevin xidmətlərindən danışaraq bildirib ki, o, sovet dövründə Azərbaycanı 15 respublika arasında önə çıxarıb: "Heydər Əliyevsiz Azərbaycanın torpaqları namərd qonşularımız tərəfindən işğal edildi. Amma ulu öndər Naxçıvanı bəlalardan xilas eləməyi bacardı. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, Azərbaycan üçün doğulmuşdu, Azərbaycan üçün də yaşadı. Heydər Əliyev yolu uğurla davam etdirilir. Azərbaycan bu gün sülhün, əmin-amanlığın nümunəsidir". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm