Yusuf Məmmədəliyev: "Bir çox gənc bu evlərin fəaliyyətindən xəbərsizdir"
Bizi izləyin

Nida Xəbər

Yusuf Məmmədəliyev: "Bir çox gənc bu evlərin fəaliyyətindən xəbərsizdir"

“Gənclər evlərinin inkişaf etdirilməsi və onların öz təyinatına uyğun olaraq gənclərə keyfiyyətli sosial xidmət göstərməsi bizim üçün prioritet mövzudur”.

Publika.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bu gün Binəqədi rayon Gənclər Evində “Azərbaycan hökumətinin BMT ilə Gənclər evlərinə dair birgə təşəbbüsü” pilot layihəsinin təqdimatı zamanı deyib.

Y.Məmmədəliyev bildirib ki, Gənclər evləri sosial xidmət şəbəkəsinin yaradılması və istifadəyə verilməsi çox önəmli bir addım idi və bu proses ölkənin demək olar ki bütün regionlarında yekunlaşıb:

“Lakin etiraf edilməlidir ki, hazırda bu şəbəkənin fəaliyyəti, onun faydalı iş əmsalı mövcud potensialdan xeyli aşağıdır. Regionlarda bir çox gənclər bu evlərin fəaliyyətindən xəbərsizdir. Bu amilləri nəzərə alaraq artıq gündəlikdə Gənclər evlərinin effektivliyinin və onların dayanıqlılığının təmin olunması dayanır. Bu baxımdan həm dövlət orqanları, həm beynəlxalq tərəfdaşlar, həm də vətəndaş cəmiyyətinin bərabər şəkildə iştirakı çox önəmlidir”.

Şöbə müdiri vurğulayıb ki, gənclərin zərərli vərdişlər-radikalizm, ekspertimizm və bunun kimi digər neqativ hallardan qorunmaq üçün maarifləndirmə ilə yanaşı, onların asudə vaxtları ilə bağlı tədbirlər həyata keçirmək çox vacibdir:

“Gənclər siyasətində iştirak edən bütün tərəflər gənclər evlərinin inkişaf etdirilməsi prosesinə cəlb olunmalı və öz tövhəsini verməlidir. Gənclər evlərinin fəaliyyəti canlandırılmalı, onlar gənclik ruhuna uyğun şəkildə, dinamik, təşəbbüskar formaya gətirilməlidir. Hər regiona xas xüsusiyyətlər, adət-ənənələr nəzərə alınmaqla müvafiq proqramın tərtib edilməsi, peşəkar rəhbər və komanda tərəfindən koordinasiya edilməsi, gənclər evlərinin effektivliyini artırmağa kömək edir. Bununla da Gənclər evlərinin lokal səviyyədə gənclərin bütün problemlərini həll edən və onlara dəstək verən resurs mərkəzi funksiyasını yerinə yetirəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm