Bakının bu bəyanatı İrəvanı təşvişə saldı – MÜHARİBƏ QORXUSU
Bizi izləyin

Nida Xəbər

Bakının bu bəyanatı İrəvanı təşvişə saldı – MÜHARİBƏ QORXUSU

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüş haqda dediyi sözlər İrəvanda narahatlıq yaradıb.

Publika.az
xəbər verir ki, Məmmədyarov Nalbandyanla gələn il planlaşdırılan görüşü haqda danışarkən, “Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur, nəticə olsun” deyə bildirib.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Bakı nəticə deyəndə ərazilərin qaytarılmasını nəzərdə tutur: “Söhbət ilkin mərhələdə Qarabağ ətrafındakı ərazilərin azad olunmasından gedir. İrəvanda görüşün olacağı təsdiq olunur, lakin detallar haqda susurlar. “Aprel müharibəsi”ndən sonra Vyana və Sankt-Peterburq razılaşmaları olsa da, bu yalnız kağız üzərində qaldı. Hazırda münaqişə ilə bağlı Bakının bütün israrına rəğmən heç bir nəticə yoxdur. Bu isə müharibənin ön plana çıxması deməkdir. Hazırda beynəlxalq situasiya da Qarabağ münaqişəsinin arxa plana keçməsinə səbəb olub. Əslində münaqişənin dondurulmasına imkan verən bu şərait Ermənistan üçün sərfəlidir. Lakin müharibə istisna deyil, çünki heç bir irəliləyiş yoxdursa və danışıqlar dalana dirənibsə, Azərbaycan vəziyyətlə barışmayacaq. Bu isə müharibənin yenidən alovlanması ilə nəticələnə bilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm