“İlham Əliyev bunu bir daha beynəlxalq aləmə sübut etdi” - PA rəsmisi
Bizi izləyin

Nida Xəbər

“İlham Əliyev bunu bir daha beynəlxalq aləmə sübut etdi” - PA rəsmisi

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov feysbuk səhifəsində bu gün Bakıda öz işinə başlayan beynəlxalq konfransdan yazıb.

Publika.az
xəbər verir ki, N.Məmmədov “Bu gün Azərbaycan paytaxtının nadir arxitektura nümunələrindən birində - Heydər Əliyev mərkəzində “2017-İslam Həmrəyliyi ili: dinlərarası və mədəniyyətlərarası dialoq” – Beynəlxalq konfransı işinə başladı” deyə qeyd edib.

N.Məmmədov bildirib ki, 40-dan artıq ölkədən, 8 beynəlxalq təşkilatdan Bakıya toplaşmış nümayəndələrin qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir beynəlxalq münasibətlərin ən aktual problemlərindən biri ilə bağlı dərin məzmunlu nitq söylədi: “Prezident İlham Əliyevin nitqi bu gün dünyada qarşıdurmanın, münaqişələrin, gərginliyin tüğyan etdiyi bir zamanda beynəlxalq aləmə həmrəylik, qarşılıqlı anlaşma, dialoq mədəniyyəti nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan İslam Həmrəyliyi ilində, eləcə də əvvəlki illərdə həyata keçirdiyi onlarla beynəlxalq tədbirlərlə, forumlarla, sammit və konfranslarla, atdığı addımlarla beynəlxalq aləmə nümunə olduğunu bir daha sübut etdi”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm