YAP "Şərqlə qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirir
Bizi izləyin

Nida Xəbər

YAP "Şərqlə qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirir

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakıda "Şərqlə qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirilir.

Konfransda partiya rəhbərliyi, hökumət üzvləri, partiyanın yerli təşkilatlarının rəhbərləri və deputatlar iştirak edir.

Tədbirdə çıxış edən YAP sədrinin müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov son illər Azərbaycanın təşəbbüsü ilə keçirilən qlobal enerji, nəqliyyat layihələrinin ölkəyə verdiyi dividendlərdən danışıb. O qeyd edib ki, bu layihələr xalqın rifahının yaxşılaşmasına xidmət edir.

Bu konfransın əlamətdar bir gündə keçirildiyini deyən Ə. Əhmədov qeyd edib ki, dekabrın 24-də prezident İlham Əliyevin doğum günüdür. “Mən Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası adından prezident İlham Əliyevi təbrik edirəm. Prezidentimizə möhkəm can sağlığı arzu edirəm. Azərbaycanda 2018-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Cəmi 10 aydan sonra. Prezident İlham Əliyevin yüksək nüfuzu, reytinqi, onun həyata keçirdiyi siyasətin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi, Azərbaycanın həyatında baş verən ciddi pozitiv dəyişikliklər, Azərbaycanın dünya miqyasında rolunun artması - bütün bunlar məcmu halında prezidentimizin yüksək seçki şansını təmin edir. Mən inanıram ki, 2018-ci ildə prezident seçkilərindən sonra biz gələn ilin dekabr konfransını prezidentimizin yeni qələbəsinin tarixi sevinci altında keçirəcəyik”, - deyə Ə. Əhmədov vurğulayıb.

Konfrans davam edir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm