Prezident İlham Əliyev MDB liderlərinin görüşündə iştirak edəcək
Bizi izləyin

Nida Xəbər

Prezident İlham Əliyev MDB liderlərinin görüşündə iştirak edəcək

Dekabrın 26-da Moskvada MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Publika.az
Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Tacikistan prezidenti Emomali Rəhmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyev görüşə qatılacaqlar.

Görüşdə 2017-ci ildə MDB-də Rusiyanın sədrliyinin yekunları müzakirə ediləcək, həmçinin, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqda fikir mübadiləsi aparılacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm