Bir ay sonra Ermənistana ağır zərbə vurulacaq - Trampın YENİ PLANI
Bizi izləyin

Nida Xəbər

Bir ay sonra Ermənistana ağır zərbə vurulacaq - Trampın YENİ PLANI

Tramp Administrasiyası 2018-ci ilin yanvar ayının sonuna kimi Konqresə “Kreml məruzəsi”ni təqdim edəcək.

Publika.az
xəbər verir ki, Ağ Ev Putin hakimiyyətində təmsil olunan məmurları və Kremlə yaxın biznesmenlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Ermənistan hakimiyyəti bu sanksiyaların onlara da təsir göstərəcəyindən narahatdırlar.

“1in.am” saytı yazır ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Ermənistan hakimiyyətini ciddi zərbə altında qoyacaq.

“ABŞ-ın yeni sanksiya siyahısında Kremlə yaxın olan erməni biznesmenlər də daxil ediləcək. Böyük ehtimalla Rusiyada fəaliyyət göstərən “İnvestisiya Klubu”nun üzvləri “vurulacaq”. Hansı ki, onlar həm də Ermənistan hakimiyyəti ilə aktiv əlaqələrə malikdirlər. Nəticə etibarilə Ermənistan hakimiyyəti dilemma qarısında qalacaq”, - deyə məqalədə bildirilir.

Sayt əlavə edir ki, Vaşinqtonun yeni sanksiyaları Ermənistan iqtisadiyyatına da ciddi zərbə vuracaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm