Nida Xəbər
Generaldan Azərbaycan Ordusuna BAYRAM TƏBRİKİ
Müdafiə naziri Zahir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir.
Təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar,
çavuşlar, əsgərlər və matroslar!
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni
il bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı
çatdırıram.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya
Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və
əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə
olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer
tutmasına, bütün dünya azərbaycanlılarının milli hüquqlarının,
beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açır.
2017-ci il xalqımızın, ordumuzun şəxsi heyətinin yaddaşında
əlamətdar hadisələrlə qalacaq. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cari ildə ölkəmizin
sosial-iqtisadi inkişaf dinamikası artmış, ordu quruculuğunda
görülən işlər öz müsbət nəticəsini vermiş, mühüm işlər görülməklə
həyata keçirilən irimiqyaslı islahatlar ordumuzun döyüş və
mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş
Komandanının daim diqqət və qayğısı sayəsində orduda şəxsi heyətin
sosial-məişət problemləri həll edilir, hərbi hissələrin
maddi-texniki bazası daha da möhkəmlənir. Yüksək ixtisaslı, peşəkar
hərbçi kadrların hazırlanması prosesi ordu quruculuğunun mühüm
tərkib hissəsi kimi uğurla davam etdirilir. Yeni hərbi şəhərciklər
və hərbi hissələr istifadəyə verilir, müxtəlif qoşun növlərində
müasir təlim mərkəzləri yaradılıb ki, bunlar da dövlətin orduya
diqqəti və qayğısının parlaq təzahürüdür.
Ordumuzun hərbi qüdrətinin artırılması istiqamətində həyata
keçirilən məqsədyönlü islahatlar hərbi qulluqçularımızın döyüş
əzmini, qələbə ruhunu daha da artırır.
Ötən ilin aprelində cəbhə xəttində düşmənin hərbi təxribatlarının
qarşısının alınmasında hərbçilərimizin göstərdiyi şücaət Azərbaycan
Ordusunun torpaqlarımızı işğaldan tamamilə azad etmək əzmini bir
daha təsdiqləməklə regionda ən güclü ordu olduğunu sübut etdi.
Həmin günlərdə müxtəlif ölkələrdə yaşayan soydaşlarımız da bu
qələbədən qürur duyduqlarını, hərbçilərimizə dəstək olduqlarını
nümayiş etdirdilər.
Azərbaycan Ordusunda keçirilən taktiki təlimlər ordunun döyüş
qabiliyyətini daha da artırır, gücləndirir. Ordumuz Ali Baş
Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır.
Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha
hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə
üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi,
veteranları, hazırda xidmətdə olan şəxsi heyəti bir daha ürəkdən
təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xidmətdə
uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!"
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO