Millət vəkili o məmurları TƏNQİD ETDİ: "Sahibkarları incidirlər"
Bizi izləyin

Nida Xəbər

Millət vəkili o məmurları TƏNQİD ETDİ: "Sahibkarları incidirlər"

"Bəzi icra hakimiyyəti baçşıları, habelə maliyyə sektoruna cavabdeh olan şəxslər sahibkarları incidir".

Publika.az-ın xəbərinə görə, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Sahibkarlıq fəaliyyəti haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, icra başçıları sahibkarlardan aldıqları məhsulun pulunu qaytarmır: “Bayram öncəsi həmin şəxlər kiçik və orta sahibkarlardan 100 min manat dəyərində materaillar götürür, lakin o pulu geri qaytarmırlar. Bəzi vəzifəli şəxslər məhkəmə qərarlarını icra etmir. Hətta bəzilərinin vəzifələri böyüdülür, lakin onlar əməllərindən əl çəkmirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm