Nida Xəbər
Corc Buşun zabit etdiyi NAXÇIVANLI POLKOVNİK KİMDİR? - ABŞ-da 12 medal alıb - FOTO
AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”sında həmyerlimiz, ABŞ Hərbi Donanmasında xidmət edən polkovnik-leytenant Nəimi Əmiral (John Naimi Amiral) haqqında məqalə yaradılıb.
Publika.az-a bu barədə AMEA Mərkəzi Elmi Kitabxanasından məlumat verilib.
Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi - İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, ingilis, rus və italyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ Hərbi Donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra Prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb.
Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir.
Qeyd edək ki, o, uğurlu xidməti sayəsində 12 medalla təltif olunub.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!