Nida Xəbər
Murmanskda 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq
Murmanskda azərbaycanlı tələbələr, "Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin fəalları tərəfindən 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək.
Publika.az xəbər verir ki, tədbirlər çərçivəsində şəhidlərin xatirəsini anma mərasimləri, rəsm və fotolardan ibarət sərgilər təşkil olunacaq, faciə haqqında filmlər nümayiş etdiriləcək.
"Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin və RAGB-in yerli nümayəndəliyinin təşəbbüsü ilə yanvarın 20-də faciəyə həsr edilən elmi-praktik konfrans keçiriləcək. Tədbirdə bələdiyyə və hökumət orqanlarının əməkdaşları, Rusiyanın Murmansk Vilayəti İctimai Palatasının üzvləri, KİV və diaspor təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
"Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin Murmansk bölməsinin və RAGB-in yerli nümayəndəliyinin fəalları 1990-cı il yanvar hadisələrinin 28-ci ildönümü ilə bağlı dünya parlamentarilərinə Müraciət, habelə Rusiya Federasiyasının Murmansk Vilayəti Hökumətinin rəsmi saytında və bir sıra regional KİV-də dərc olunacaq press-reliz və məqalələr hazırlayıblar. (Azərtac)
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?