Nida Xəbər
ABŞ İrandan sonra Qarabağda müharibə başladacaq və... - Farslar AÇIQLADI
İranda aksiyalar dayansa da, baş verənlərin hədəfləri
haqda müxtəlif versiyalar və proqnozlar irəli sürülür. Ən maraqlı
proqnozlardan biri isə iranlı politoloq Kayhan Barzaqerin
fikirləridir.
Publika.az-ın xəbərinə görə, K.Barzaqer bildirib
ki, İranda baş verən daxili gərginlik və bunun fonunda müşahidə
olunan ABŞ-İran qarşıdurması Dağlıq Qarabağda müharibəyə səbəb ola
bilər.
İranlı ekspert 2015-ci ildə başlanan Rusiya-Türkiyə gərginliyini
xatırladıb.
“Türkiyə və Rusiya arasında gərginlik yaşanandan sonra Qarabağda
qısa müddətli müharibə baş verdi. Bu baxımdan, İrandakı gərginlik
də bölgədə Qarabağ kimi hər an alovlanmağa hazır olan münaqişə
ocaqlarına təsir edə bilər”, - deyə o bildirib.
İranlı ekspert 2015-ci ildə Rusiya və Türkiyə arasında təyyarə
böhranını və 2016-cı ildə baş verən “aprel müharibəsi”ndən bəhs
edir. Bu iki hadisənin bir-birinə bağlılığı uzaq ehtimal kimi
görünsə də, bütün hallarda regional gərginliyin arzuolunmaz
hadisələrə yol aça biləcəyi mümkündür.
Ən diqqətçəkən versiyalardan biri isə ABŞ-ın İranı daxildən
qarışdıraraq bölgəyə dair planlarını həyata keçirməsi haqdadır.
Bu kontekstdə İbni Haldun Universitetinin beynəlxalq əlaqələr
şöbəsinin dosenti Talha Kösenin fikirləri yada düşür.
Köseyə görə, İrandakı hadisələrin əsas hədəfi Çindir: “Hadisələr
İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq. ABŞ yeni super güc
olan Çinin dünyaya açılan qapısını – Əfqanıstanı bağlamaq istəyir.
Məqsəd İpək Yolu layihəsi üzərindəki ölkələrin – Əfqanıstan,
Mərkəzi Asiya, İran və s. – qarışdırılmasıdır. Suriyadan İŞİD-çilər
Əfqanıstana göndərildi. Gözləniləndir ki, Əfqanıstanda gərginlik
başlayacaq və bunun hədəfi də İpək Yolu layihəsi, yəni Çindir.
Çünki ABŞ-ın yeni hədəfi Çindir”.
Ekspertlər istisna etmir ki, ABŞ-İran qarşıdurmasından İpək Yolu
üzərindəki ölkələr də əziyyət çəkəcək. O cümlədən, bu qarşıdurma
Qarabağda daxil olmaqla bölgədə münaqişə ocaqlarının alovlanmasına
səbəb ola bilər. Xüsusilə ABŞ-ın İranla yanaşı, əks cəbhədə dayanan
Rusiyanı da “vurmaq” üçün bu ölkənin cənub sərhədlərində -
Qarabağda müharibəni alovlandıra biləcəyi ehtimalları diqqət çəkir.
Versiyalara görə, ABŞ erməni lobbisinin əli ilə Sarkisyan
hakimiyyətinə müharibəyə başlaması üçün dəstək verə, beləliklə,
Rusiyanın başını öz sərhədləri ətrafında qarışdıra bilər. Bu
ehtimallar fonunda erməni hərbi birləşmələrinin dünən cəbhədə
təxribata cəhd etməsinin nə qədər təsadüf olduğu da düşündürücü
sualdır.
Asif
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ