Nida Xəbər
Xəstə olduğu deyilən Sarkisyan gizli şəkildə Moskvaya NİYƏ GEDİB? - SİRLİ SƏFƏRİN DETALLARI
Ermənistanda prezident Serj Sarkisyan və baş nazir Karen
Karapetyanın bir neçə günlük yoxa çıxması şübhəli suallar
yaradıb.
Publika.az xəbər verir ki, Karapetyan 2018-ci ilin ilk iş
günündə məzuniyyət götürüb.
Sarkisyan isə milad bayramı münasibətlərilə keçirilən kilsə
mərasimlərinə qatılmayıb.
Ermənistan mediası Sarkisyanın xəstələndiyi və xəstəxanaya
yerləşdirildiyi haqda məlumat yayıb. Ermənistan prezidentinin
mətbuat katibi Vladimir Akopyan isə Sarkisyanın sadəcə
soyuqladığını, lakin xəstəxanaya yerləşdirilmədiyini açıqlayıb.
Daha sonra ortaya çıxan informasiya isə diqqəti fərqli məcraya
yönəltdi. Məlumatlara görə, Sarkisyan 1-2 yanvar tarixərində Avropa
ölkələrindən birində olub. Yanvarın 3-də isə o, gizli şəkildə
Moskvaya səfər edib.
Sarkisyanın bu səfərlərinin arxasında nələrin gizləndiyi
maraqlıdır.
“Lragir” saytı yazır ki, Ermənistan prezidentinin Avropa-Moskva
marşrutu üzrə səfərə çıxması təsadüfi ola bilməz.
“Hər iki geosiyasi mərkəz Ermənistanda hakimiyyətin sonrakı
formalaşmasında rola malikdir. Ölkədə parlament idarəetmə üsuluna
keçid başlanır. Baş nazir olmaq istəyən Sarkisyanın qarşısında
maneələr mövcuddur. Hakim Respublika Partiyasında onu
dəstəkləyənlər olduğu kimi, getməyini tələb edənlər də var.
Oliqarxiya dairələrində qeyri-müəyyənlik hökm sürür. Bu proseslər
fonunda Sarkisyanın Avropa və Rusiyaya getməsi gələcək planlara
hesablanmış addımdır. Karapetyana gəlincə, onun da xaricə getdiyi
rəsmi şəkildə təsdiqlənir. Lakin hansı ölkələrə getdiyi deyilmir.
Mümkündür ki, Karapetyan da Sarkisyanın marşrutu üzrə hərəkət
edərək, xal toplamağa çalışır”, - deyə məqalədə qeyd olunur.
Sayt İrəvan kulislərində qızğın mübarizənin başladığını və bu
mübarizəyə təkcə ölkə daxilindəki qüvvələrin yox, Rusiya və
Avropanın da qoşula biləcəyini yazır.
Asif
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO