Nida Xəbər
Putinin adamı Qarabağ PLANINI AÇDI: 2018-ci ildə 3 ölkə...
“2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması 2017-ci il ssenarisi üzrə davam edəcək. Lakin Rusiyada,
Azərbaycanda və Ermənistanda prezident seçkilərinin keçirilməsi
münaqişənin nizama salınmasında sıçrayışa nail olunacağı ehtimalını
azaldır. Çünki əsas diqqət seçkilərə yönələcək”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin
səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib.
Markov hesab edir ki, Rusiya ilin birinci yarısında Qərbin artan
hücumları ilə qarşılaşacağı üçün də Qarabağ münaqişəsinə kifayət
qədər diqqət ayıra bilməyəcək.
“Lakin münaqişənin nizama salınması üzrə bazanın hazırlandığını da
qeyd etməliyəm. Dəfələrlə bildirilib ki, masada həll variantları
var. Hər şeydən əvvəl “Kazan düsturu”nu reallaşdırmaq mümkündür”, -
deyə o bildirib.
Markov Qarabağda “aprel müharibəsi” ssenarisinin təkrarlanacağını
da istisna etmir: “Ermənistanın parlament üsul-idarəsinə keçidi
Qarabağ münaqişəsi ilə bağlı siyasətində heç bir dəyişikliyə səbəb
olmayacaq. Böyük ehtimalla Sarkisyan baş nazir olacaq və
hakimiyyəti əlində saxlayacaq. Lakin onun xalq arasında nüfuzu
aşağıdır. Bu baxımdan, seçkiqabağı kampaniyada və seçki dövründə
Qarabağda gərginlik yarada biləcəyi istisna deyil. Bütövlükdə
vəziyyət gözlənilməz məcrada inkişaf edə bilər. Digər tərəfdən,
Ermənistanda rəhbərlik dəyişsə belə Qarabağla bağlı ictimai rəyə
hesablanmış sərt ritorika davam edəcək”.
Rusiyalı politoloq Azərbaycanda seçkilərin sakit keçəcəyini
düşünür.
“Əsas lider İlham Əliyevdir. O, ölkədə məşhurdur və xalq tərəfindən
dəstəklənir. Həmçinin, müxalifət də zəifdir. Təbii ki, Azərbaycanda
da seçkiqabağı kampaniyada Qarabağ məsələsinə toxunulacaq. Lakin
Azərbaycan hakimiyyəti üçün bu məsələ həmişə əsas gündəm olub”, -
deyə o bildirib.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!