“Cümhuriyyət ili” qərarı yüz ilin önəmli hadisəsidir” - Nəsiman Yaqublu
Bizi izləyin

Nida Xəbər

“Cümhuriyyət ili” qərarı yüz ilin önəmli hadisəsidir” - Nəsiman Yaqublu

“Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” kimi qeyd edilməsi ilə bağlı qərarını yüksək dəyərləndirirəm”.

Bu barədə Publika.az-a açıqlamasında Rəsulzadə Araşdırmalar Mərkəzinin rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru Nəsiman Yaqublu deyib.

Onun sözlərinə görə, bu qərar yüz ilin önəmli hadisələrindəndir.



N.Yaqublu qeyd edib ki, “Cümhuriyyət İli”ndə müsəlman və türk dünyasında ilk cümhuriyyətin Azərbaycanda qurulduğunu dünyaya göstərməliyik: “Bütün dünya bilməlidir ki, Azərbaycan xalqı siyasi düşüncəsi, idrakı və qabiliyyəti ilə Şərqdə ilk cümhuriyyəti, parlamentli respublikanı qurub. Bunu həyata keçirən insanların fəaliyyətini təbliğ etməliyik”.

Tarixçi alim qeyd edib ki, Qafqazda digər ölkələr – Gürcüstan və Ermənistan da yüzillik yubileyləri keçirəcəklər.

“Yəni bu, demokratiya yarışına çevriləcək. Biz bu yarışda qalib gəlməliyik. Mən bununla bağlı təkliflərimi dövlət rəhbərliyinə ünvanlamışam. Hesab edirəm ki, cümhuriyyətin qurucularının adları əbədiləşdirilməli, məzarları ölkəyə gətirilməlidir. Əgər gətirə bilmiriksə, o zaman, onların dəfn edildiyi ölkələrdə məzarları abadlaşdırılmalıdır. Bununla yanaşı, cümhuriyyətin qurucularının yaşadığı binalara xatirə lövhələri vurulmalı, ümumilikdə cümhuriyyətlə bağlı muzey kompleksi yaradılmalıdır. Dünyaya sübut etməliyik ki, 100 il öncə Azərbaycan Dağlıq Qarabağ və Zəngilan da daxil olmaqla müstəqil dövlət kimi tanınıb. Yəni bütün dünya 100 il öncə Dağlıq Qarabağı və Zəngilanı Azərbaycan torpağı olaraq qəbul edib. Bu məsələ olduqca mühümdür və biz yaranmış şəraitdən maksimum istifadə etməliyik”, - deyə N.Yaqublu vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm