Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə
Bizi izləyin

Nida Xəbər

Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanı fevralın 28-də keçiriləcək.

Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, prokurorluq orqanlarında işləmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə fevralın 28-də saat 10:00-dan başlayaraq 3 saat ərzində Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26 A) keçiriləcək.

Test imtahanında iştirak etmək üçün müsabiqəyə buraxılan namizədlər fevralın 22-23-də saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm