Nida Xəbər
Elmar Məmmədyarov YUNESKO-nun Baş direktoru ilə görüşdü - - FOTO
Xarici İşlər Naziri Elmar Məmmədyarov YUNESKO-nun Baş Direktoru Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüş keçirib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüş zamanı nazir E.Məmmədyarov O.Azuleni YUNESKO-nun Baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər YUNESKO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında oynadığı mühüm rolunu vurğulayıblar. Bu xüsusda nazir YUNESKO-nun Azərbaycan üçün vacibliyini qeyd edərək bu əməkdaşlığın güclənməsində Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb.
Görüşdə 2013-ci ildə ölkəmiz ilə YUNESKO arasında imzalanmış
Çərçivə Sazişi və onun əsasında yaradılmış beş milyon ABŞ dolları
məbləğində Etimad Fondunun əhəmiyyətinə toxunulub. Bu Saziş
çərçivəsində Azərbaycanın YUNESKO-nun prioritet sahə kimi qəbul
etdiyi Afrikada qızların təhsili üzrə, eləcə də digər ölkələrdə
qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində
maliyyələşdirdiyi layihələr müəyyən edilib.
Ölkəmizdə olan multikulturalizm və tolerantlıq ənənələri haqda
həmsöhbətinə məlumat verən nazir E.Məmmədyarov Azərbaycan və
YUNESKO arasında mədəniyyətlərarası dialoq sahəsində çox uğurlu
əməkdaşlığın olduğunu bildirib.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlayan “Bakı Prosesi” və bu il sözügedən bu uğurlu layihənin 10 illiyinin qeyd edildiyini diqqətə çəkib.
O.Azule mədəniyyətlərarası dialoq sahəsində YUNESKO-nun Azərbaycan ilə əməkdaşlığını vacib və təqdirəlayiq hesab etdiyini bildirib və bu sahədə birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.
Görüş əsnasında nazir Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişaf Agentliyi (AİDA) tərəfindən Qoşulmama Hərəkatı ölkələrində həyata keçirilən humanitar layihələr haqda məlumat verərək ölkəmizin Qoşulmama Hərəkatının üzv ölkələri, xüsusilə də Afrika dövlətlərinə dəstək layihələrində YUNESKO ilə əməkdaşlığa hazır olduğunu bildirib.
YUNESKO-nun Baş direktoru bu kimi əməkdaşlığın alqışladığını bildirib və hazırda Təşkilat üçün önəmli sahələrdən birinin də Yaxın Şərqdə mədəni irsin bərpası olduğunu qeyd edib.
Nazir ölkəmizin mədəni irsin qorunması mövzusuna həssas yanaşdığını bildirib və ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəniyyət abidələrimizin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını və məhv edildiyini vurğulayıb. O, ATƏT monitorinq missiyasının da bu faktları təsdiqlədiyini deyərək YUNESKO-nu gələcəkdə bu monitorinq prosesinə qoşulmağa dəvət edib.
Görüş əsnasında nazir E.Məmmədyarov YUNESKO Baş direktorunu ölkəmizə səfər etməyə dəvət edib.
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR