Nida Xəbər
Qarabağ münaqişəsi regional fəlakətə çevrilə bilər - Beynəlxalq Böhran Qrupu
Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional fəlakətə çevrilə bilər.
Publika.az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, bunu Beynəlxalq Böhran Qrupu proqramının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Maqdalena Qrono "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır" adlı məqaləsində qeyd edib.
M.Qrono qeyd edib ki, Ermənistan və Azərbaycanın müvafiq olaraq Rusiya və Türkiyə ilə müdafiə, strateji tərəfdaşlıq və qarşılıqlı dəstək üzrə müqavilələrini nəzərə alsaq, ən pis halda regional fəlakətə səbəb olacaq yeni gərginliyin qarşısını diplomatiyanın ala biləcəyinə dair ümid var.
O, həmçinin qeyd edib ki, yanvarın 18-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçiriləcək görüşdə ATƏT müşahidəçilərinin sayının artırılması məsələsi müzakirə ediləcək.
M.Qrono xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin oktyabrında keçirilən görüşü zamanı onlar substantiv danışıqların aparılmasına, təhlükəsizlik və etimad yaratma tədbirlərinə sadiqliklərini bəyan ediblər:
"Lakin belə bir risk də var ki, görüşlər nəticəsiz olarsa, bu, diplomatik danışıqların pozulmasına, münaqişənin güc yolu ilə həllinin düşünülməsinə gətirib çıxara bilər. Bundan yayınmaq üçün təhlükəsizlik sahəsində irəliləyiş əldə olunmalı, eyni zamanda, siyasi müzakirələr bərpa edilməlidir. Ancaq bir çox münaqişələrdə olduğu kimi, siyasət və təhlükəsizlik bir-birini girov alıb. Ermənistan tərəfi münaqişənin gələcək həllində substantiv danışıqların bərpasından öncə təhlükəsizlik və etimad yaratma tədbirlərinin görülməsini təkid edir. Azərbaycan isə öz növbəsində, gələcək razılaşma üzrə danışıqlar aparmadan "status-kvo"nun möhkəmlənməsindən narahat olaraq, Ermənistanın istədiyi tədbirlərə həvəssiz yanaşır”.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov