Prezident İlham Əliyev Davosda çıxış edəcək
Bizi izləyin

Nida Xəbər

Prezident İlham Əliyev Davosda çıxış edəcək

Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi forumuna qatılacaq.

Publika.az forumun saytına istinadən xəbər verir ki, Prezident “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək.

Müzakirələr yanvarın 23-ü, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) keçiriləcək. Prezident İlham Əliyevlə yanaşı sessiyada Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstan baş nazirinin müavini Erbolat Dosaev, Beynəlxalq Ticarət Mərkəzinin direktoru Aranca Qonsales Laya, “The Foreign Policy Group”-un baş redaktoru Conatan Tepperman, “VEON” şirkətlər qrupunun icraçı direktoru Jan İv-Şarle çıxış edəcək.

Qeyd edək ki, Davos forumu yanvarın 23-26-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm